Çində robot işçilər işdən qovuldu

06.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Çinin “Agibot” şirkətinə məxsus altı humanoid robot Şanxay şəhərindəki marketlərdən birində 24 saatlıq iş növbəsinə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, “TechSpot” nəşrinin məlumatına görə, bu müddət ərzində robotlar ümumilikdə 2 minə yaxın tapşırıq yerinə yetiriblər.

Robotların vəzifələrinə qəhvə hazırlamaq, mağazanı təmizləmək və müştərilərə xidmət göstərmək daxil olub.

Lakin sınaq bütün robotlar üçün uğurlu keçməyib. Onlardan biri dolmuş zibil qutusu ilə qarşılaşdıqdan sonra koordinasiyasını itirərək mağazanı tərk edib. Rəfləri yoxlamağa cavabdeh olan digər robot isə bu işi lazımi səviyyədə yerinə yetirə bilməyib.

Nəticədə altı robotdan ikisi sınaqdan keçməyib, qalan dördü isə tapşırıqların öhdəsindən qənaətbəxş gəlib.

Təcrübə “Robotlar heç vaxt işdən çıxmırlar” adı altında təşkil olunub və onlayn yayımlanıb. Layihənin məqsədi humanoid robotların adi ticarət mühitində insan əməyini nə dərəcədə əvəz edə biləcəyini yoxlamaq olub.

Sınaq bir daha göstərib ki, robotlar gündəlik işlərin bir çoxunu yerinə yetirə bilsələr də, gözlənilməz vəziyyətlərdə hələ də çətinliklərlə üzləşirlər.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью