Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Çində texnologiya dünyasının diqqətini çəkən qeyri-adi hadisə baş verib. Şençjen şəhərində 151 humanoid robot eyni vaxtda rəqs edərək Ginnesin Rekordlar Kitabına düşüb.
Banco.az xəbər verir ki, bu nümayiş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində təşkil olunub.
Robotların musiqinin ritminə uyğun olaraq eyni hərəkətləri sinxron şəkildə yerinə yetirməsi tamaşaçıların marağına səbəb olub.
Rəqs edən robotlara Çinin EngineAI şirkətinin istehsalı olan T800 humanoid modeli rəhbərlik edib. Xüsusi proqramlaşdırılmış robotlar eyni anda hərəkət edərək ölkədə humanoid robotların iştirakı ilə ən böyük qrup rəqsi üzrə dünya rekorduna imza atıblar.
Bu nümayiş Çinin robot texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri və humanoid robotların koordinasiyalı hərəkət imkanlarını bir daha nümayiş etdirib.