Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çinin Şanxay şəhərində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya həsr olunmuş muzey açılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “A Bola” qəzeti məlumat yayıb.
Məlumata görə, muzeyin sahəsi təxminən 3000 kvadratmetrdir. Muzey Şanxayın 1 nömrəli ticarət mərkəzində yerləşir.
Muzeyin girişində idmançının yeddi metrlik heykəli ucaldılıb. Heykəl Ronaldonun qol sevincini təsvir edir.
Heykəlin müəllifinin sözərinə görə, bu, dünyada ən hündür futbolçu heykəlidir.
Muzeyin içərisində idmançının karyerasının müxtəlif mərhələlərini əks etdirən on tematik zona təşkil olunub.
Futbolçunun doğma şəhəri Funşaldan Şanxaya kuboklar, formalar və butslar da daxil olmaqla 50-dən çox eksponat gətirilib.
Kolleksiyadakı əsas əşyalar arasında 2008-ci il “Qızıl top”u, Avropa Çempionlar Liqasının kuboku, Ronaldonun meydanda geyindiyi bir cüt buts və onun “Real Madrid” üçün vurduğu 350-ci qolunu xatırladan forma (Zinəddin Zidan və komanda oyunçuları tərəfindən imzalanıb) var. Həmçinin, Şanxay muzeyi üçün xüsusi olaraq sifariş edilmiş Ronaldonun şəxsən imzaladığı forma da nümayiş olunur.