Çində rüşvətxor ölümə məhkum edildi

07.07.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çində Jiangsu əyalətinin Nankin şəhərinin keçmiş rəsmisi Yanq Yolin 1993–2023-cü illərdə ümumilikdə 2,2 milyard yuandan çox rüşvət almaqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məhkəmə Yanqı rüşvətxorluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında günahkar hesab edib. Hökmə əsasən, o, ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün əmlakı müsadirə olunub.

Qeyd edək ki, Yanq barəsində istintaq Çin Prezidenti Si Szinpinin korrupsiyaya qarşı genişmiqyaslı kampaniyası çərçivəsində aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью