Çində sel nəticəsində 10 nəfər öldü

26.07.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində baş verən qəfil sel nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.

Bildirilib ki, daşqın iyulun 26-da Dinsi şəhərinin Veyyuan rayonundakı turizm zonalarından birində qısamüddətli güclü yağışlar nəticəsində baş verib. Hadisə zamanı düşərgə salan bir qrup turist ərazidə köməksiz vəziyyətdə qalıb.

Hazırda hadisə yerində polis, yanğınsöndürənlər və digər fövqəladə xidmət əməkdaşları çalışır. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью