Çində sel və torpaq sürüşməsi Ölənlər var

08.08.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çində son iki gündür davam edən güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələri nəticəsində 10 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 33 nəfər itkin düşüb.

Çin Sədri Şi Cinpin, bölgədə genişmiqyaslı axtarış-xilasetmə və selə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verib.

Bundan əlavə, şiddətli yağışlar bəzi ərazilərdə elektrik enerjisi və telekommunikasiya xidmətlərinin dayanmasına səbəb olub.

Axtarış-xilasetmə əməliyyatları davam edir, hava şəraitinin isə qarşıdakı günlərdə də çətinlik yarada biləcəyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью