Çində smartfonlar niyə daha ucuzdur?

20.07.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin dünyanın ən ucuz smartfonlarının satıldığı ölkələrdən biridir.

Redaktor.az xəbər verir ki, "BGR"nin məlumatına görə, bunun əsas səbəbi yerli istehsalçıların alıcılar uğrunda apardığı güclü rəqabətdir.

Şirkətlər bazarda üstünlük qazanmaq üçün smartfonlarını daha aşağı qiymətlərlə satışa çıxarırlar.

Bundan başqa, Çin istehsalçıları əsasən daxili bazar üçün işlədiklərindən beynəlxalq sertifikatlaşdırma və çatdırılma xərcləri də yaranmır. Ölkədə geniş təchizat zəncirinin və mağaza şəbəkəsinin olması da qiymətlərin aşağı düşməsinə təsir göstərir.

Məqalədə qeyd olunur ki, "Apple" və "Samsung" kimi xarici brendlərin smartfonları Çində də adətən dünya bazarındakı qiymətlərə yaxın satılır. Ən ucuz modellər isə əsasən yerli istehsalçılara məxsusdur.

Bununla belə, Çindən telefon sifariş edənlərə diqqətli olmaq tövsiyə olunur. Belə cihazlarda bəzi xidmətlər işləməyə və regional məhdudiyyətlər ola bilər.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью