Çində süni intellekt müğənni yaradılıb

23.01.2026

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində ilk dəfə süni intellekt obrazlı və səsli müğənni AI-Hua təqdim edilib.

Reyting.az xəbər verir ki, virtual ifaçı "Warner Music China" şirkətinin "Kling AI" ilə əməkdaşlığı nəticəsində yaradılıb. AI-Hua “Wu AI-Hua” adlı debüt mahnısı ilə çıxış edib.

Şirkətin məlumatına görə, trek artıq “Apple Music” də daxil olmaqla bir sıra platformalarda əlçatandır və böyük maraqla izlənilir. “YouTube”-da isə mahnının süni intellekt tərəfindən yaradılmış yeni klipi paylaşılıb. Klipdə Çin kino sənayesində məşhur olan “Uşya” macəra janrından istifadə olunub və müasir ritmlərlə yenidən təqdim edilib. Bu üslub həm daxili, həm xarici auditoriyaya yönəlib.

“Warner Music China” nümayəndəsi bildirib ki, layihə ənənəvi və müasir ritmləri birləşdirən orijinal musiqi təcrübəsidir. Süni intellektlə yaradılan musiqi populyarlığını artırmağa davam edir. Ötən il psixodelik rok janrında fəaliyyət göstərən “The Velvet Sundown” qrupunun “Spotify”-dakı mahnısı ay ərzində 1 milyondan çox dinləyici toplayıb.

Qeyd olunur ki, 2025-ci ilin noyabrında “Warner Music Group” müəllif hüquqları ilə bağlı mübahisələrdən sonra süni intellekt musiqi xidməti “Suno” ilə tərəfdaşlıq barədə razılığa gəlib. Razılaşmaya görə, Suno ifaçıların adlarından, səsindən və obrazlarından istifadə edə biləcək və qarşılığında monetizasiya təmin olunacaq.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью