Çində süni intellekt sahəsində bir neçə aparıcı alim gözlənilmədən ölüb | Icma.az
Icma.az, Avtosfer saytına istinadən bildirir. Honq Konqun "South China Morning Post" nəşrinin məlumatına görə, son illər ərzində Çində süni
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu ölümlər tədqiqatçıların şəxsi təhlükəsizliyi və onların məruz qaldığı yüksək stress
Qeyd olunur ki, bu narahatlıqlar xüsusilə ABŞ və Çin arasında texnoloji rəqabətin artdığı bir dövrdə daha da aktuallaşır.
Nəşr xatırladır ki, məsələn, 2022-ci ilin iyununda "Megvii Technologies" şirkətinin aparıcı alimi və maşın görmə texnologiyaları üzrə tanınmış ekspert Sün Cian vəfat edib.
O, dünyada böyük nüfuz qazanmışdı və "MIT Technology Review" tərəfindən ən yaxşı gənc alimlər siyahısına daxil edilmişdi.
45 yaşlı alimin ölüm səbəbi açıqlanmayıb, yalnız "qəfil xəstəlik” nəticəsində vəfat etdiyi bildirilib.
Bir il sonra isə Çin Xalq Azadlıq Ordusuna bağlı Pekin Milli Müdafiə Texnologiyaları Universitetinin süni intellektin hərbi tətbiqləri sahəsində çalışan dosenti Fen Yanxe vəfat edib.
O, cəmi 38 yaşında idi və ölüm səbəbi ümumiyyətlə açıqlanmayıb.
Tam oxu
Xəbəri oxu