Çində süni intellekt səfərbərliyə cəlb ediləcək

02.09.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, məlumatı "South China Morning Post" nəşri yayıb.

Çinli hərbi hüquq eksperti Sie Dan bildirib ki, qanuna edilən dəyişiklik səfərbərlik mexanizmini süni intellektə, pilotsuz sistemlərə, kiberməkana, biotexnologiyalara və kvant texnologiyalarına da şamil edilir.

Onun sözlərinə görə, oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklik yalnız texnologiyaları deyil, həmçinin bu sahələrdə fəaliyyət göstərən şirkətləri və mütəxəssisləri də əhatə edir.

Qanunun mətnində qeyd olunur ki, ölkənin "milli suverenliyi, birliyi, ərazi bütövlüyü, təhlükəsizliyi və inkişaf maraqları" birbaşa təhlükə ilə üzləşdikdə bu mexanizm tətbiq ediləcək.(oxu.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью