Çində sürücüsüz avtomobil sinaq vaxtı yandı FOTOLAR

16.05.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çinin Pony.ai şirkətinə məxsus sürücüsüz avtomobil yanıb.

Avtosfer.az xəbər verir ki, Pekində baş verən hadisənin fotoları sosial şəbəkədə paylaşılıb.

Belə ki, Pony.ai-nin sürücüsüz sınaq avtomobili naməlum səbəbdən idarəetmədən çıxaraq yolun kənarındakı yaşıl zolağa çıxıb və bundan sonra yanmağa başlayıb. Həmin vaxt salonda sərnişin olmayıb. Şirkət əməkdaşları siqnalı aldıqdan sonra hadisə yerinə gəliblər və yanğın qısa zamanda söndürülüb.

Hazırda yanğının hansı səbəblərdən baş verdiyi araşdırılır.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью