Çində tekstil fabrikində yanğında 8 nəfər ölüb

21.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Pekin, 21 sentyabr, AZƏRTAC

Çinin Quandon əyalətinin Foşan şəhərində tekstil fabrikində baş verən yanğında 8 nəfər ölüb.

AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, yanğın sentyabrın 20-də axşamüstü başlayıb. Axtarış-xilasetmə əməliyyatı zamanı 8 nəfərin meyiti tapılıb, xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerində axtarış işləri davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью