Çində torpaq sürüşmələrinə görə 15 mindən çox sakin təxliyə edilib

09.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 9 sentyabr, AZƏRTAC

Çinin şərqindəki Ciansi əyalətində baş verən torpaq sürüşmələri və palçıq axınına görə 15 mindən çox sakin təxliyə edilib.

AZƏRTAC əyalətin fövqəladə hallarla mübarizə qərargahına istinadla xəbər verir ki, sentyabrın 5-də Suyçuan rayonunun Minken kəndində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 12-yə çatıb, bir nəfər hələ də itkin hesab olunur.

Bir neçə gün davam edən leysan yağışlardan sonra rayonun Cuoan və Tanhu şəhərlərində baş verən torpaq sürüşmələrindən sonra bir nəfərin öldüyü, 2 nəfərin isə itkin düşdüyü bildirilib.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları, yolların möhkəmləndirilməsi və təkrar baş verə biləcək fəlakətlərin qarşısının alınması işləri davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью