Çində torpaq sürüşməsi: 2 nəfər ölüb

07.08.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çinin Quanqdonq əyalətinin paytaxtı Quançjou şəhərində, şiddətli yağışların səbəb olduğu torpaq sürüşmələrində torpaq altında qalan 2 nəfərin cəsədi tapılıb.

Xalqcebhesi.az “China Daily” qəzetininə istinadən xəbər verir ki, güclü yağışlar Quançjounun bəzi yerlərində torpaq sürüşməsinə səbəb olub.

Səlahiyyətlilərin açıqlamasına əsaslanan xəbərdə, ümumilikdə 14 nəfərin torpaq sürüşməsi nəticəsində yerin altında qaldığı bildirilib.

Xilas edilən 7 yaralının müalicəsinin davam etdiyi, itkin düşən 5 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью