Çində torpaq sürüşməsi xeyli insanın ölümünə səbəb oldu

08.07.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Çinin şimal-qərbində baş verən torpaq sürüşməsində 21 nəfər həyatını itirib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Sinxua" agentliyi məlumat verib.

Hadisə iyulun 7-də səhər Qansu əyalətinin Lunnan şəhər dairəsinin Nanhe qəsəbəsində baş verib. 33 nəfər dağıntılar altında qalıb. İyulun 8-də səhərə qədər onların hamısı aşkarlanıb. Artıq axtarış-xilasetmə işləri yekunlaşıb.

Yeddi nəfər yüngül xəsarətlər alıb, beş nəfər isə yaralanmayıb. Digər şəxslər isə ölü tapılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью