Çində transsərhəd e ticarət bazarı dinamik şəkildə inkişaf edir ÇİN NÜMAYƏNDƏSİ | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Çin, ətrafındakı 120-dən çox şəhərlə birlikdə 165 transsərhəd e-ticarət üzrə rəqabətqabiliyyətli mərhələ müəyyən etmişdir.
Bu, Çini dünyanın ən böyük transsərhəd e-ticarət mərkəzlərindən birinə çevirmişdir. Bu prosesdə Polşa kimi ölkələr də iştirak edir".
SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı CICA Biznes Şurasının Çin ofisinin direktoru, İnvestisiyaların Təşviqi Departamentinin direktoru Sheng Guofei video- görüntü formatında deyib.
Onun sözlərinə görə, Çinin Ticarət Nazirliyi daxil olmaqla doqquz hökumət strukturu transsərhəd e-ticarətin təşviqinə dəstək verir: "Onlar sənayeyə əsaslanan, anbar ehtiyacı olmayan məhsulların beynəlxalq bazara çıxarılmasını təşviq edir, transsərhəd reklam strategiyaları ilə məhsulların qlobal miqyasda tanıdılmasını təmin edirlər.
Beləliklə, transsərhəd e-ticarətin alt seqmentləri sadələşdirilmiş, kiçik miqyaslı brend strukturlarının formalaşması və aktivlərin yenidən qiymətləndirilməsi mümkün olmuşdur.
Çində transsərhəd e-ticarət bazarı dinamik şəkildə inkişaf edir.
Maliyyə institutları bu sahədə yüksək səviyyəli maliyyə xidmətləri təqdim edir, transsərhəd ticarət proseslərini optimallaşdırır və ixraca yönəlmiş sığorta mexanizmləri vasitəsilə alış proseslərini dəstəkləyir.
Tam oxu
Xəbəri oxu