Çində uşaq oğrusu edam olundu

01.03.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Çində 17 uşağı oğurlayaraq satan 61 yaşlı Yuy Xuain edam olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Xalq Prokurorluğu məlumat yayıb.

1993-2003-cü illər aralığında bir qrup şəxslə əlbir olan qadın Quyçjou və Yunnan əyalətlərində, həmçinin, Çunsin şəhərində 17 uşağı oğurlayaraq, Xebey əyalətində uşaqları olmayan ailələrə satıb. Maraqlıdır ki, onun satdığı ilk uşaq öz övladı olub.

2004-cü ildə həbs olunan Xuain özünü başqa adla adlandırdığından cəmi 8 illik həbs edilmişdi. 2024-cü ildə onun əsl kimliyi üzə çıxdıqdan sonra təkrar saxlanılmış və Quyçjou əyalət məhkəməsi ona edam hökmü çıxarmışdı.

Qeyd edək ki, hökm dünən yerinə yetirilib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью