Çində vağzalın döşəməsi çöküb, 13 fəhlə dağıntı altında qalıb

05.12.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Quandon əyalətinin Şencen şəhərində quraşdırma işləri aparılan dəmir yolu vağzalının döşəməsinin çökməsi nəticəsində ən azı 13 fəhlə dağıntı altında qalıb. SİA əyalət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla dekabrın 4-də axşam saatlarında Şencen-Cianmen dəmir yolu xəttinin Baoan rayonundakı hissəsində baş verib. Hadisədən dərhal sonra ətraf ərazidə yaşayanlar təxliyə edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hazırda itkin düşənlərin axtarışları davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью