Çində var, ABŞ da da olmalıdır! Tramp

15.05.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Çinin böyük bal zalı var, ABŞ-ın da olmalıdır! Hazırda tikinti işləri gedir və bu, ABŞ-da öz növünün ən möhtəşəm məkanına çevriləcək. Bu layihənin başlanmasına göstərilən bütün dəstəyə görə təşəkkür edirəm.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Açılışın təxminən 2028-ci ilin sentyabrında keçirilməsi planlaşdırılır. Mənimlə birlikdə addımlayan şəxs isə Çin lideri Si Szinpindir! Dünyanın böyük liderlərindən biri!” - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью