Çində “xoşbəxt deyilsənsə, işə gəlmə” icazəsi tətbiq olunur

01.12.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çində "Pang Dong Lai" şirkətinin qurucusu Yu Donglai işçiləri üçün "xoşbəxt deyilsənsə, işə gəlmə" icazəsini tətbiq etməyə başlayıb.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, işçilər özlərini stresli, məyus, tükənmiş və ya istirahətə ehtiyacı olduğunu hiss edəndə rəhbərlikdən icazə almadan işə gəlməmə hüququna malikdir.

Qeyd olunur ki, icazə üçün rəhbərliyin təsdiqi tələb olunmur, qərar tamamilə işçinin özünə aiddir. Məqsəd, emosional və zehni sağlamlığı fiziki sağlamlıq qədər önəmli hesab etməkdir.

Şirkət artıq gündə 7 saat iş rejimi və geniş illik məzuniyyət haqqı kimi işçilər üçün rahat şərait təmin edən tətbiqləri ilə tanınır.

Yu Donglaiyə görə, rahatlamış və xoşbəxt işçi daha məhsuldar olur, işdə daha uzun müddət qalır və daha davamlı performans göstərir.

Bu model Çində xeyli diqqət çəkib və işçiyə yönəlmiş iş mədəniyyətinin nümunəsi hesab olunur.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью