Çində yaponiyalı casus həbs cəzasına məhkum edilib

16.07.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Çində bir nəfər Yaponiya vətəndaşı casusluq ittihamı ilə həbs edilib.

APA Yaponiyanın Pekindəki səfirliyinə istinadən xəbər verir ki, sözügedən şəxs 3 il yarım müddətinə həbs cəzasına məhkum edilib.

Belə ki, sözügedən şəxsin kimliyi açıqlanmayıb. Yaponiya mediası onun altmış yaşlarında olduğunu və Çində Yaponiyaya məxsus olan “Astellas Pharma İnc”-adlı dərman şirkətində işlədiyini xəbər verib.

O, 2023-cü ilin mart ayından bəri saxlanılıb.

Casusluqda ittiham edilən şəxsin məhkəmə prosesində Yaponiya səfiri iştirak etsə də, yaponiyalı jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью