Çində yarasalarda yeni koronavirus aşkarlandı

21.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Çinli virusoloqlar yarasalarda yeni koronavirus aşkarlayıblar.

Oxu.Az "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, yeni virus insanları COVID-19-da olduğu kimi eyni yolla yoluxdura bilər.

Bu, HKU5-CoV-2 koronavirusudur. Virus Quançjou laboratoriyasında aparılmış araşdırmada aşkarlanıb.

Bununla belə, virusoloqlar təşviş üçün heç bir əsas görmürlər. Çünki insanlar arasında HKU5-CoV-2-nin yayılma riski çox da yüksək deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью