Çində yayılan yeni virus türk ölkəsində də aşkarlandı

05.01.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanda 1 oktyabr 2024-cü il tarixindən indiyədək 30 metapnevmovirus xəstəliyinə yoluxma halı müəyyən edilib.

Globalinfo.az Axar.aza istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Epidemiya mövsümünün başlamasından bəri respublika ərazisində 2 002 335 kəskin respirator virus infeksiyası və 941 laborator təsdiqlənmiş qrip hadisəsi baş verib. Sanitariya-Epidemioloji Nəzarət Komitəsindən verilən məlumata görə, epidemiya mövsümü başlayandan bütün respublika üzrə 8360 nümunə yoxlanılıb. Bunlardan 1866 (22%) nümunə müsbət olub, o cümlədən koronavirus – 206 (11,1%), paraqrip – 178 (9,5%), bokavirus – 113 (6,1%) və son olaraq metapnevmovirus – 30 (1,6%)”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi ölkədə insan metapnevmovirusu epidemiyasının qeydə alındığı barədə məlumat yaymışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью