Çində yeni dələ növü aşkar edilib

17.11.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Çin alimləri ölkənin cənub-qərbində yerləşən milli təbiət qoruğunda dələnin yeni növünü aşkar ediblər.

AZƏRTAC “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, bununla bağlı Çin Elmlər Akademiyasının Zoologiya İnstitutu məlumat yayıb. “Mustela mopbie” adı verilən dələ ilə bağlı tədqiqat “Journal of Systematics and Evolution”da dərc olunub.

2024-cü ilin iyul və avqust aylarında ekspedisiya qrupu təbiət qoruğunda kiçik məməlilərin biomüxtəlifliyi ilə bağlı araşdırma apararkən dələlərdən nümələr götürüb. Alimlər genomik və morfoloji məlumatları birləşdirərək, onu yeni növ kimi təsdiqləyiblər. Belə ki, kiçikölçülü “Mustela mopbie” digər morfoloji əlamətlərlə yanaşı, həşəratları və kiçik gəmiriciləri tutmaq üçün dar yarıqlara, həmçinin yuvalara asanlıqla daxil ola bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью