Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Çində aşkar edilən yeni növ koronavirusla bağlı xəbərdarlıq edilib.
Bakupost.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, fevral ayında Çində aşkarlanan və “HKU5-CoV-2” adlanan yeni virus kiçik mutasiya ilə insanlara yoluxa və yenidən qlobal epidemiyaya səbəb ola bilər.
Məlumata görə, yeni virus milyonlarla insanın ölümünə səbəb olan COVID19-dan daha çox heyvan növünə yoluxma potensialına malikdir və növlərarası sıçrayış riski daha yüksəkdir. Belə ki, “HKU5-CoV-2” həm tənəffüs yollarında, həm də bağırsaqlarda yoluxub çoxala bilir.