Çində yeni trend: böyüklər üçün əmzik satışları artır

26.11.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çində getdikcə daha çox gənc yetkin əmzikdən yalnız əyləncə məqsədi ilə deyil, həm də stressi azaltmaq və daha rahat yatmaq üçün istifadə edir.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, “böyüklər üçün əmziklər” sosial şəbəkələrdə sürətlə populyarlaşır və onlayn satış platformalarında yüksək tələbat görür.

Məlumata görə, bu məhsullar xüsusilə gərgin iş rejimi, yuxu problemləri və daimi stress yaşayan gənclər arasında trendə çevrilib. Sosial mediada istifadəçilər əmziyin rahatlıq verdiyini, yuxuya getməyi asanlaşdırdığını və “uşaqlıq hissi yaratdığı üçün sakitləşdirici təsir” göstərdiyini yazırlar.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью