Çində yeni virus aşkarlandı COVİD 19 ilə eyni təsirdə

21.02.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.

Modern.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. 

Nəşr qeyd edir ki, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir.  Nəşr vurğulayır ki, Çin  Elmlər Akademiyasının Quançjou filialı, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri Quançjou laboratoriyasında araşdırma aparıblar.

Viroloqlar qeyd edirlər ki, yarasa nümunələrindən təcrid olunmuş yeni virus insan hüceyrələrinə yoluxa bilər.

Alimlər hələlik panikaya səbəb olmadığını deyirlər. HKU5-CoV-2-nin insanlarda ortaya çıxma riskini şişirtmək olmaz, lakin daha ətraflı araşdırmaya ehtiyac var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью