Çində yerli brendlər “Tesla”nı geridə qoyub

01.02.2026

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


2025-ci ildə Çin avtomobil bazarında tarixi dəyişiklik baş verib.
Yeniavaz.com
“Biznes Media”ya istinadən xəbər verir ki, yerli istehsalçılar elektrik avtomobilləri seqmentində uzun illər dominant mövqedə olan Teslanı geridə qoyaraq bazara tam nəzarəti ələ alıblar.
İlin əsas sensasiyası “Geely Galaxy Xingyuan” modeli olub. 465 min 775 ədəd satışla reytinqdə birinci yerə yüksələn bu model “Tesla”nın ən populyar avtomobillərindən biri olan “Model Y”ni üçüncü pillədə qoyub. İkinci yerdə isə “SAIC-GM-Wuling” şirkətinin kompakt elektrik avtomobili “Mini EV” qərarlaşıb.
Çinin nəhəng avtomobil istehsalçısı BYD də bazarda güclü mövqeyini qoruyub saxlayaraq “Qin Plus”, “Seagull” və digər modelləri ilə ilk onluğun böyük hissəsini tutub. Texnologiya sahəsində tanınan “Xiaomi” isə avtomobil bazarına olduqca uğurlu start verib. Şirkətin ilk elektrik sedanı “SU7” 258 mindən çox satışla “Tesla Model 3”ü geridə qoyub.
Ümumilikdə, Çin şirkətləri daxili bazarı demək olar ki, tam ələ keçiriblər. Elektrik avtomobillərinin payı rekord səviyyəyə çatıb, ənənəvi Yapon və Amerika modelləri isə alıcılar üçün əvvəlki cəlbediciliyini itirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью