Çində yuanla kreditlərin həcmi 4,7 faiz artıb

15.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində yuanla kreditlərin həcmi 4,7 faiz artıb.

Banco.az xəbər verir ki, Çində yuanla ifadə olunan ümumi kreditlərin həcmi 2026-cı ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artıb.

Çin Mərkəzi Bankının (PBoC) açıqladığı məlumatlara görə, banklar və maliyyə qurumları tərəfindən verilən yuan kreditlərinin ümumi həcmi 283,33 trilyon yuana (təxminən 42,47 trilyon dollar) çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,43 trilyon yuan (təxminən 1,72 trilyon dollar) artıb.

İlin ilk 10 ayında əhaliyə verilən yeni kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,46 trilyon yuan (təxminən 220 milyard dollar) azalıb. Müəssisələrə verilən yeni kreditlərin məbləği isə 12,39 trilyon yuan (təxminən 1,86 trilyon dollar) artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью