Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Çində yük avtomobillərinin elektrikə keçməsi proqnozdan daha sürətli olub.
Avtosfer.az xəbər verir ki, 2020-ci ildə çində yük elektromobillərini barmaqla saymaq mümkün idi. Bu gün isə onlar ümumi yük avtomobili parkının 22 faizini təşkil edirlər.
Britaniyanın BMI analitika qrupunun proqnozuna görə bu il Çində satılan təzə yük avtomobillərinin 46 faizi elektrik dartılı olacaq. Gələn il göstəricinin 60 faizə çatması gözlənilir.
Çin yük avtomobillərinin sayında görə dünyada ABŞ-dən sonra ikincidir. Bu ölkədə yük avtomobillərinin elektrikləşdirilməsi qlobal səviyyədə yanacağa tələbatı azaldacaq. Böyük neft istehsalçıları da məhz narahatdırlar.
Vüqar