Çində zəlzələ nəticəsində 9 nəfər ölüb YENİLƏNİB

07.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Tibetdə zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

APAxəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 7,1 bal gücündə zəlzələnin episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.
***
05:45
Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью