Çində zəlzələyə görə ölənlərin sayı artdı Fövqəladə vəziyyət elan olundu

07.01.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Çin rəhbərliyi Tibet Muxtar Bölgəsində baş verən güclü zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətlə əlaqədar bölgədə ikinci dərəcəli fövqəladə vəziyyət rejimi elan olunub.
Qeyd edək ki, zəlzələ nəticəsində ölənlərin sayı artıq 53 nəfərə çatıb, daha 62 nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, yanvarın 7-nə keçən gecə Çinin cənub-qərbində, Nepalla sərhəddə yerləşən Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью