Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin Qufu şəhərində yerləşən zooparkın əməkdaşları turistlərin marağını çəkmək üçün çau-çau cinsindən olan itləri panda rənglərinə boyayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Məlumata görə, heyvanlar zooparkın canlı yayımında “panda-it” adı ilə nümayiş etdirilib.
Yayım zamanı bəzi izləyicilər pandaların istiyə həssas olduğunu xatırladaraq heyvanlar üçün kondisionerin işlədilib-işlədilmədiyini soruşublar. Bundan sonra yayımın aparıcısı onların əslində çau-çau itləri olduğunu etiraf edib.
Zoopark əməkdaşları bildiriblər ki, hazırda onların həqiqi pandaları saxlamaq üçün lazımi icazələri yoxdur. Buna görə də ziyarətçiləri əyləndirmək məqsədilə “panda-itlər” nümayiş etdirilib.
Rəhbərlik qeyd edib ki, heyvanların rənglənməsi peşəkar baxım salonunda, heyvanlar üçün təhlükəsiz boyalardan istifadə olunmaqla həyata keçirilib.