Çindən 13, ABŞ dən isə 4 314 dollara aldığımız insan tükü

23.02.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən il Azərbaycana xaricdən 209 kiloqram insan tükü gətirilib.

"Ölkə.az" xəbər verir ki, yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, insan tüklərinin idxalı əvvəlki illə müqayisədə kəskin artıb.

Belə ki, 2023-cü ildə ölkəyə cəmi 58 kiloqram insan tükü idxal olunub. Rəqəmlərdən də göründüyü kimi idxal olunan insan tükünün miqdarı 3,6 dəfə artıb.

Xaricdən gətirilən insan tükünün 1 kiloqramının orta gömrük dəyəri 2023-cü ildə 230 dollar (391 manat) olduğu halda, ötən il bu göstərici 91 dollara (155 manat) düşüb.

Qeyd edək ki, insan tükləri Azərbaycana 3 ölkədən - Çin, Türkiyə və ABŞ-dan gətirilib:

Çin - 193,5 kiloqram (1 kiloqramının orta gömrük dəyəri 13 dollar);
Türkiyə - 15,2 kiloqram (1 kiloqramının orta gömrük dəyəri 987 dollar);
ABŞ - 0,35 kiloqram (1 kiloqramının orta gömrük dəyəri 4 314 dollar).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью