Çindən ABŞ yə qarşı məhdudiyyət

03.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Çin hakimiyyəti yerli şirkətlərin ABŞ-yə investisiyalarını məhdudlaşdırmaq üzrə tədbirlər görür.

Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, son həftələrdə Çinin İnkişaf və İslahatlar Məsələləri üzrə Dövlət Komitəsinin bir neçə şöbəsi ABŞ-yə sərmayə yatırmağı planlaşdıran şirkətlərə icazələrin verilməsini dayandırmaq göstərişləri alıb.

Xaricə investisiya həyata keçirmək istəyən Çin şirkətləri yerli tənzimləyici orqanlara müraciət etməli və onların razılığını almalıdırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью