Çindən ABŞ yə SƏRT TƏPKİ: “Qətiyyətli tədbirlər görüləcək

14.04.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ-nin İran limanlarını blokadaya alması yalnız gərginliyi artıracaq".

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bildirib. O qeyd edib ki, bu addım onsuz da kövrək olan atəşkəs razılaşmasını zəiflədəcək və boğazdan keçidin təhlükəsizliyini daha da təhlükə altına alacaq:

"Bu, təhlükəli və məsuliyyətsiz davranışdır".

XİN başçısı, həmçinin Amerika mətbuatında Çinin İrana hərbi texnika çatdırdığı və ya çatdırmağa hazırlaşdığı barədə yayılan xəbərlərə sərt reaksiya verib:

“Bu, tamamilə uydurmadır. ABŞ bu bəhanədən istifadə edərək, əlavə tariflər tətbiq etməyə davam edərsə, Çin qətiyyətli əks tədbirlər görəcək”.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp bazar günü Çin mallarına 50% tarif tətbiq etməklə bağlı xəbərdarlıq edib.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью