Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin ABŞ-dən idxal olunan məhsullar üçün gömrük rüsumlarını kəskin şəkildə artırmağa qərar verib.
Pekin sabahdan etibarən Amerika mallarına tətbiq edilən tarifləri indiki 84%-dən 125%-ə qaldıracağını açıqlayıb.
Qərarın açıqlanmasından sonra Asiya fond bazarlarında volatillik yaşanıb. Analitiklər yeni vergi artımının təkcə ABŞ-Çin münasibətlərinə deyil, həm də qlobal təchizat zəncirlərinə təsir edəcəyinə inanırlar.
Hələlik Vaşinqtondan heç bir rəsmi cavab gəlməsə də, Ağ Evin qısa zamanda əks hərəkətlə bağlı açıqlama verəcəyi gözlənilir.
“AzPolitika.info”