Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. ABŞ-nin Alyaska ştatı sahillərində avtomobil daşıyan gəmi yanır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yanğının dünən günorta saatlarında Ankoric şəhərindən təqribən 1200 mil məsafədə yerləşən “Morning Midas” adlı gəminin göyərtəsində baş verdiyi bildirilib.
Məlumata görə, gəmidə 800-ü elektromobil olmaqla 3000-dən çox avtomobil var. Yanğının 24 saatdan artıq davam etdiyi qeyd edilib.
ABŞ Sahil Mühafizəsi avtomobillərdəki litium-ion batareyaların partlaya biləcəyi üçün yanğının davam etməsinə icazə verəcəklərini açıqlayıb.
Ekipaj üzvləri gəmini xilasedici qayıqla tərk edə bilib. Nəqliyyat vasitələrinin Çindən Meksikaya daşındmaq üçün yola çıxdığı bildirilib.
Billurə Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.