Çindən Azərbaycana göndərilən yükdaşımaların həcmi açıqlanıb

10.01.2025

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

2024-cü ildə Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib. Bu barədə Azərbaycan Dəmir Yollarının açıqladığı hesabatda qeyd olunub. 

Bildirilib ki, göndərilən yüklərin artıq 287-si qəbul edilib. 

Eyni zamanda Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 dəfə çoxdur. 

Hesabat dövründə  Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə illik yükdaşıma 1 milyon tondan 5 milyon tona çatıb. 

2024-cü ildə Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 28% artaraq 814 milyon ton təşkil edib. 

Gülnar Nazimqızı 


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью