Çindən Bakıya sürətli çatdırılma üçün 300 milyonluq yeni liman tikiləcək

25.11.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Aktauda 300 milyon ABŞ dolları dəyərində yeni dəniz limanının tikintisi planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Xabar” agentliyi Mangistau vilayətinin rəhbəri Nurdaulet Kilıbaya istinadən bildirir.

Onun sözlərinə görə, strateji tərəfdaş Çinin “Zhongyun International” şirkətlər qrupudur.

N.Kilıbaya vurğulayıb ki, investor şirkəti regionda qeydiyyatdan keçirib və investisiya müqaviləsinin imzalanması üçün sənədlər hazırlayır.

“Layihə yeni “Çin – Qazaxıstan – Aktau – Bakı – Poti – Avropa” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasına töhfə verəcək. Onun həyata keçirilməsi yüklərin çatdırılma müddətini 7-15 gün, nəqliyyat xərclərini 18-25 % azaltmağa və yeni iş yerləri yaratmağa imkan verəcək”, – o qeyd edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью