Çindən dəhşətli istilərə qarşı inanılmaz YENİLİK

03.07.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çində qlobal istiləşmənin yaratdığı yüksək temperaturla mübarizə məqsədilə şəhərlərdə yeni texnologiya tətbiq olunmağa başlayıb.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, binaların damlarına quraşdırılan xüsusi "dam yağış sistemləri" vasitəsilə süni yağış yaradılaraq ətraf mühitin temperaturu aşağı salınır.

Məlumata görə, sistem damlarda quraşdırılmış xüsusi püskürtmə mexanizmləri vasitəsilə su damcılarını havaya yayır. Bu üsul sayəsində ətraf mühitin temperaturunun cəmi bir neçə dəqiqə ərzində 5-8 dərəcə Selsi aşağı düşdüyü bildirilir.

Layihənin əsas məqsədlərindən biri də isti günlərdə kondisionerlərdən istifadənin azalmasına nail olmaq və bununla enerji sərfiyyatını azaltmaqdır.

Hazırda bu yeni metodun böyük şəhərlərdə yay aylarında daha geniş tətbiq olunması nəzərdən keçirilir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью