Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Çinin “Nio” şirkətinin “Firefly” markası elektrikli avtomobil modelini yeniləyib. Mühərrikin gücü və texniki imkanları artırılsa da, avtomobilin qiyməti dəyişməyib.
“Bakupost” xəbər verir ki, yenilənmiş modelin batareya daxil başlanğıc qiyməti 17470 dollar, batareya icarəsi ilə isə 11600 dollar təşkil edir. Batareyanın aylıq icarə haqqı 58 dollardır.
Avtomobilin mühərrik gücü 105 kilovatdan 120 kilovata yüksəldilib. Model 100 km/saata 7,9 saniyəyə sürətlənir. Mövcud avtomobillər də proqram yenilənməsi vasitəsilə güc artımından yararlana biləcək.
Yenilənmiş modelə təkər təzyiqinə nəzarət sistemi, avtomatik tənzimlənən yan güzgülər və geriyə hərəkət zamanı son 100 metrlik marşrutu yadda saxlayan funksiya əlavə edilib.
Vüsalə Hüseynova,
BakuPost