Çindən Hollivud filmlərinə qadağa

11.04.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın Çin mallarına 145% rüsum tətbiq etməsi fonunda Çin Hollivud filmlərinin idxalını məhdudlaşdırmağa hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə Çinin Milli Film Administrasiyası bildirib.

“Biz bazar prinsiplərini rəhbər tutacağıq, tamaşaçıların seçiminə hörmətlə yanaşacağıq və idxal olunan Amerika filmlərinin sayını azaldacağıq. Çin dünyanın ikinci ən böyük film bazarıdır”, – bəyanatda deyilir.

Bundan qabaq da Çində yalnız 10 Hollivud filmi almağa icazə verilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью