Çindən İrana göndərilən yardımı ələ keçirmişik

21.04.2026

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp dünən İrana məxsus gəminin ələ keçirildiyini bildirib.

Tramp CNBC-yə müsahibəsində gəmidə olan yükün Çindən göndərildiyini deyib.

“Bu, Çinin “hədiyyəsi” idi. Mən təəccübləndim. Düşünürdüm ki, Si Cinpinlə razılaşmışdıq”, – ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi ABŞ qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında bir neft tankerini ələ keçirdiyini açıqlayıb. Departamentin məlumatına görə, gəmi İranla əlaqəlidir və mövcud sanksiyalara məruz qalır.

“ABŞ qüvvələri İrana kömək edən bir tankeri ələ keçirib. Hind-Sakit Okean bölgəsindəki ABŞ qüvvələri bayraqsız üzən və İran qaçaqmalçılığı şəbəkələrinə kömək etməkdə şübhəli bilinən Tiffany tankerini gecə ələ keçirib. Beynəlxalq sular sanksiyalı gəmilər üçün təhlükəsiz sığınacaq deyil”, – deyə açıqlamada bildirilir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью