Çindən kosmosa daha 18 peyk göndərilib

03.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Çin “Lijian-2 Y2” daşıyıcı raketi vasitəsilə 18 peyki uğurla kosmosa göndərib.

AZƏRTAC “Sinxua”ya istinadla xəbər verir ki, raket noyabrın 3-də yerli vaxtla saat 08:15-də ölkənin şimal-qərbində yerləşən Dunfen kommersiya kosmik innovasiya zonasından buraxılıb. Peyklər Çinin aşağı Yer orbitində fəaliyyət göstərən kommersiya peyk şəbəkəsinin tərkib hissəsidir.

“CAS Space” şirkətinin məlumatına görə, bu, “Lijian-2” raketinin ikinci uçuşu və genişmiqyaslı peyk internet şəbəkəsinin yaradılması üzrə ilk missiyasıdır.

Bildirilib ki, “Lijian” seriyasına aid raketlər indiyədək orbitə bir kosmik gəmi və 139 peyk yerləşdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью