Çindən maraqlı addım: İnsanlarla robotları yarışdıracaq

21.01.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Çin robotların iştirak etdiyi ilk yarımmarafon keçirəcək.

Sfera.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. 

Məlumata görə, insanların və insanabənzər robotların iştirak edəcəyi yarımmarafon Pekində keçiriləcək. Tədbirin aprel ayında baş tutacağı bildirilir. 20-dən çox şirkətin robotları ilə birlikdə 21 km məsafə qət edəcək yarışda 12 minə yaxın insanın iştirak edəcəyi gözlənilir.

Təşəbbüsün müəllifləri qeyd edirlər ki, robotlar 0,5-2 metr hündürlükdə olmalı və insanlara bənzəməlidir. Robotlar avtonom və ya uzaqdan idarə oluna bilər.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью