Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna münaqişəsinin tərəfləri sakitlik və təmkin nümayiş etdirməlidirlər.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hava məkanı ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Diplomat bildirib ki, Ukrayna böhranının həllinin yeganə yolu dialoq və danışıqlardır. O, bütün tərəfləri sakitliyə və təmkinli olmağa çağırıb.
Qeyd edək ki, sentyabrın 1-də Volodimir Zelenski beynəlxalq aviaşirkətlərə müraciət edərək Rusiyanın hava məkanından uçuşları dayandırmağa çağırıb.
Aytəkin TOFİQQIZI