News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya arasında raket zərbələri mübadiləsi və Rusiya prezidenti Vladimir Putinin videomüraciətindən sonra Ukrayna münaqişəsi tərəflərini təmkinli olmağa çağırır.News24.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə deyib.“Mövcud şəraitdə bütün tərəflər sakit və təmkinli olmalı, dialoq və məsləhətləşmələr yolu ilə vəziyyəti soyutmağa səy göstərməli, atəşkəsə tezliklə nail olmaq üçün böhranın siyasi həllinə şərait yaratmalıdır”, - deyə o bildirib.Aynurə Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.