Çindən Rusiyaya turist axını artıb

18.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiya ilə Çin arasında turist axını Pekinin təşəbbüsü ilə tətbiq edilən vizasız rejim sayəsində 43 faiz artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin APEC sammiti çərçivəsində Çin lideri Si Cinpinlə görüşündə bildirib.

Putin qeyd edib ki, iki ölkə arasında nəqliyyat əlaqələri də inkişaf edir. Onun sözlərinə görə, vizasız rejim humanitar əməkdaşlığın güclənməsinə də töhfə verib.

Vladimir Putin və Si Cinpin arasında görüş Qilin Şanzhuang Dövlət Qonaq Evində keçirilir. Rusiya nümayəndə heyətinə Baş nazirin müavinləri Tatyana Qolikova, Dmitri Çernışenko və Anton Siluanov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, eləcə də bir sıra digər hökumət rəsmiləri daxildir.

Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.

MuraD İsmayıl 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью