Çindən süni intellekt sahəsində inanılmaz yenilik

31.07.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Çinin süni intellekt şirkəti “MiniMax” mətn, şəkil, video və səsi eyni anda emal edə bilən yeni H3 modelini təqdim edib.

“Bakupost” xəbər verir ki, yeni sistem 15 saniyəyədək 2K keyfiyyətində video və eyni vaxtda təbii stereo səs yarada bilir.

Şirkətin məlumatına görə, H3 təkcə mətn əsasında video hazırlamır, həm də şəkil, video və səs fayllarını birlikdə emal edərək mövcud məzmunu redaktə edə və yeni səhnələr yarada bilir.

“MiniMax”bildirir ki, H3 ilə 2K video istehsalının dəyəri bazardakı oxşar məhsullarla müqayisədə təxminən üç dəfə aşağıdır. Şirkət hesab edir ki, bu, reklam, elektron ticarət, oyun və məhsul tanıtımı sahələrində video istehsalı xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.

Bundan əlavə, H3-ün yaxın günlərdə model çəkilərinin (model weights) istifadəyə açılacağı, sistemin Çin istehsalı olan müxtəlif çiplərlə işləyəcəyi bildirilib.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью